Dərman vasitələrinin təqib və izləmə sisteminin əsasnaməsi TƏSDİQLƏNDİ

Dərman vasitələrinin təqib və izləmə sisteminin əsasnaməsi TƏSDİQLƏNDİ

Hazırda oxunan: Dərman vasitələrinin təqib və izləmə sisteminin əsasnaməsi TƏSDİQLƏNDİ

202851

Nazirlər Kabineti “Dərman vasitələrinin təqib və izləmə sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqıda qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə  Dərman vasitələrinin təqib və izləmə sisteminin (bundan sonra - sistem) iştirakçılarının həmin sistemə çıxışını təmin etmək tapşırılıb.

Həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, sistemin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə 2 əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Eləcə də Prezidentin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, sistemin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir. 

Bundan əlavə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməlidir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə sistemin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görməlidir. 

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO