Azərbaycanda subsidiyaların verilməsinə nəzarət mexanizmi YARADILDI

Azərbaycanda subsidiyaların verilməsinə nəzarət mexanizmi YARADILDI

Hazırda oxunan: Azərbaycanda subsidiyaların verilməsinə nəzarət mexanizmi YARADILDI

202842

"Rəqabət Məcəlləsi"nə əsasən Azərbaycanda subsidiyaların verilməsinə nəzarət mexanizmi yaradılıb.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Şəmsi Rzalı deyib.

O bildirib ki, mexanizmin yaradılması yeni qanuna əsasən həyata keçirilib.

Qeyd edək ki, bu ayın 1-dən Azərbaycanın Rəqabət Məcəlləsi qüvvəyə minib. Bildirilir ki, 12 fəsil, 84 maddədən ibarət olan Məcəllə ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO