Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Ərazidə yerləşən mağazalardan birinin sahibi ona məxsus anbardan 100 min manat dəyərində elektrik əşyalarının oğurlanması barədə polisə müraciət edib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törədən Faiq Cəbiyev və Namiq Xanməmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, qabaqcadan əlbir olan F.Cəbiyev və N.Xanməmmədov işlədikləri mağazanın deposundan elektrik açarları, mis şinləri və elektrik naqillərini hissə-hissə talayıb satıblar.
Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:14 / 20.07.2024
Xırdalanda mağazadan 100 min manatlıq avadanlıqlar OĞURLANDI
Hazırda oxunan: Xırdalanda mağazadan 100 min manatlıq avadanlıqlar OĞURLANDI
Hazırda oxunan: Xırdalanda mağazadan 100 min manatlıq avadanlıqlar OĞURLANDI
202826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.