Körpələrin telefon ASILILIĞI - Rəqəmsal dünyada necə uşaq BÖYÜDƏK?

Körpələrin telefon ASILILIĞI - Rəqəmsal dünyada necə uşaq BÖYÜDƏK?

Hazırda oxunan: Körpələrin telefon ASILILIĞI - Rəqəmsal dünyada necə uşaq BÖYÜDƏK?

202811

Müasir dövrün bəlalarından biri də uşaqların, hətta körpələrin telefon asılılığıdır. Gündəlik həyatımızda da şahidi oluruq ki, 2-3 yaşlı uşaqlar belə telefona bağlanırlar.

Bəs rəqəmsal dünyada uşaq böyüdərkən nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı uşaq psixoloqu Aytən Məmmədova Bizim Media-ya açıqlamasında bildirib ki, valideyinlər ilk olaraq uşaqları ilə düzgün vaxt keçirməyə çalışmalıdırlar:

“Valideyin uşağın asudə vaxtını düzgün planlamalı, maraq dairəsinə uyğun qurmalıdır. Komputer və telefondan çox istifadə edən uşaqlar asudə vaxtı düzgün planlaşdırılmayan, evdə çox vaxt keçirən uşaqlardır. Digər səbəb uşaqların diqqətdən kənar qalmalarıdır. Adətən diqqətdən kənar qalan uşaqlar vaxtlarını telefonda oyunlarla keçirməyi seçirlər. Valideyinlərin uşaqlarına vaxt ayırmaları, onlarla oynamaları önəmlidir”.

Telefon və komputerlərdən asılılıq uşaqlarda hansı problemlərə səbəb ola bilər?

Psixoloq bildirib ki, kiçik yaşlardan etibarən telefon və komputerlərdən istifadə uşaqlarda diqqət əskikliyi, aqressiya, impulsivlik, davranış problemləri, hətta davranış pozuntuları, yuxu problemləri, iştahsızlığa qədər gətirib çıxara bilir:

“Kiçik yaşlardan telefondan istifadə uşaqlarda ilk olaraq diqqət əskikliyinə səbəb olur. 0-2 yaş qrupu uşaqların valideyinlərinə tövsiyyə olunan odur ki, telefon, komputer və TV ümumiyyətlə icazə verilməsin. 2 yaşa qədər uşaqlar cizgi filminə də baxmamalıdırlar. Çünki onların beyni inkişaf edir və gördükləri hər şeyi təqlid edirlər. Bunlar gələcəkdə fəsadlara səbəb ola bilər. 0-2 yaş uşaqların şüaya məruz qalmaları onlarda bəzi inkişaf pozuntularını sürətləndirir, nitq ləngimələrinə gətirib çıxarır. Çünki o yaş beynin inkişafi üçün ən əsas dönəmdir və uşaqlara olduqca həssas, diqqətli yanaşılmalıdır.

3-6 yaş arası uşaqların ən aktiv olduğu yaş dönəmi sayılır. Bu yaş aralığında telefon asılılıqları, cizgi filmləri izləmək istəyi, hətta dostları formalaşmağa başlayır. Həmçinin onların telefon oyunlarına da maraqları artır. Oyunlar uşaqlarda çox ciddi asılılıq yaradır, hətta daha pisi odur ki, onlarda aqressiya da formalaşdırır. Belə halların olması fayda yönümlü deyil. Yaş aralığına uyğun telefonlarda oyunlar ola bilər. Bu oyunlara valideyin sakit şəkildə nəzarət etməlidir və uşağa vaxt limiti qoymalıdır. Uşaq öz istədiyi qədər telefonda oyun oynaya bilməz. Misal əgər 1 saat telefonla oynamaq limiti varsa, 1 saatın tamamında valideyin sakit şəkildə vaxtın bitdiyini uşağa bildirməlidir. Çünki aqressiv şəkildə bildirəndə uşaqda daha da maraq yaranır və bu zaman valideyinin dediyinin əksini edir. Bir sözlə, əgər valideyinlər uşaqları ilə mülayim və anlayışlı davransalar, onların problemsiz böyümələrinə nail ola bilərlər”

Çiçək Sadatova, Bizim.Meda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO