Dırnaq qaynağı edən xanımlara həkimdən ÇAĞIRIŞ

Dırnaq qaynağı edən xanımlara həkimdən ÇAĞIRIŞ

Hazırda oxunan: Dırnaq qaynağı edən xanımlara həkimdən ÇAĞIRIŞ

202800

Son zamanlar qadınlar arasında ən geniş yayılmış trendlərindən biri qaynaq edilən dırnaqlardır. Demək olar ki, küçədə, metroda, evdə, işdə uzun və müxtəlif rəngli, naxışlı dırnaqlı xanımlarla rastlaşırıq. Amma bu dırnaqlar tez-tez edildikdə müxtəlif xəstəliklərə yol aça bilər.

Dırnaq qaynağının insan orqanizminə nə zərərləri var?

Mövzu ilə bağlı Bizim Media-ya açıqlama verən Dermatoloq Vaqif Abdullayev bildirib ki, dırnaq qaynağı edən xanımlar getdikləri salonda istifadə olunan bütün alətlərin sterilliyinə və keyfiyyətinə əmin olmalıdırlar:

“Dırnaq qaynağı zamanı keyfiyyətsiz boya və gellərdən istifadə olunması dırnaqları zədələyir. Qaynaq edilən salonlarda müraciət edən xanımın allergiyalı olub-olmamasını yoxlamırlar.
Alətlərdən necə gəldi istifadə edirlər. Dırnaq qaynağı edənlərin əksəriyyəti sadəcə pul qazanmaq məqsədi ilə qeyri-professional şəkildə bu işlə məşğul olurlar. Keyfiyyətsiz, ucuz vasitələrdən istifadə edirlər. Dırnaq qaynağı zamanı istifadə edilən gel və boyalar dəri vasitəsilə qana sovrulur və orqanizmə zərər verir".

Dermatoloq həmçinin dırnaq qaynağı zamanı istifadə olunan ultrabənövşəyi lampalardan danışıb:

Gelləri qurudan zaman ultrabənövşəyi lampalardan istifadə edilir. Ultrabənöşəyi şüalar dəridə ilk olaraq qocalmaya, xırda qırışların yaranmasına səbəb olur. İkinci olaraq isə, bu şüaların dəri xərçəngi yaratma ehtimalı var. Bu səbəblə dırnaq qaynağı edən xanımlar dəridə xərçəng əmələ gəlmə risklərini önləmək üçün ultrabənövşəyi lampaların altında əllərini saxlayıb gelləri qurudan zaman əllərinə mütləq şəkildə SPF krem çəkməlidirlər.

Çiçək Sadatova, Bizim.Meda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO