Ermənistanda hərbi böhran dərinləşir. İş o yerə çatıb ki, Azərbaycanın işğal olunmuş ərazilərindən qaçan erməni hərbçilər yalnız fərariliyə görə deyil, Ermənistanda silahlı qiyam hazırlığında da ittiham olunurlar.
Bizim.Media Avzision.az-a istinadən məlumat verir ki, Ermənistandan işğal olunmuş ərazilərə silah-sursat daşınacağı gözlənilsə də, bunun tam əksi baş verir. Artıq erməni mətbutının yazdığı kimi Dağlıq Qarabağdan Ermənistana külli miqdarda silah-sursat daşınır. Bunu təsdiqləyən onlarla fakt üzə çıxarılıb.
Dünən Ermənistanın Vayk şəhərində Dağlıq Qarabağdan gətirilən xeyli sayda sursat aşkar edilib.
Erməni mətbuatı yazır ki, Vayk polis şöbəsinə daxil olan operativ məlumatlar əsasında Qarabağdan qayıdan avtomobillərə baxış zamanı silahlar, dəbilqələr, güllə keçirməyən jiletlər, hərbi bıçaqlar, xeyli sayda güllə və digər hərbi avadanlıqlar götürülüb.
"Bu çətin günlərdə silah və sursata daha çox döyüş meydanında ehtiyac duyulur. Ayrı-ayrı rayonların polis bölmələrinin zabitləri silah və sursatların “Artsax”dan (Dağlıq Qarabağ -red) Ermənistana qanunsuz daşınması hallarını aşkar etmək üçün gecə-gündüz nəzarəti davam etdirirlər. Eyni zamanda əhali arasında müəyyən maarifləndirmə işləri aparılır, xəbərdarlıqlar edilir", - deyə erməni KİV-i bildirib.
Qarabağdan İrəvana silah daşınması ilə bağlı digər bir neçə fakt isə Ermənistanın Sünik və Sisian polis bölmələrinin əməkdaşları tərəfindən aşkarlanıb.
Məlumata görə, polislər Qarabağdan qayıdan "UAZ" markalı avtomobilə baxış keçirərkən maşında gizlədilmiş “Kalaşnikov” avtomatları və xeyli sayda güllə müəyyən ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:13 / 05.11.2020
Qarabağdan daşınan silahlar - ermənilər qiyama hazırlaşır
Hazırda oxunan: Qarabağdan daşınan silahlar - ermənilər qiyama hazırlaşır
Hazırda oxunan: Qarabağdan daşınan silahlar - ermənilər qiyama hazırlaşır
2028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.