II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə iyulun 7-də keçirilmiş imtahanda iştirak edən 8 nəfərin nəticəsi ləğv edilib.
Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 38625 abituriyentdən (II qrup üzrə 17431 nəfər, III qrup üzrə 21194 nəfər) 966 nəfər (II qrup üzrə 568 nəfər, III qrup üzrə 398 nəfər) imtahanda iştirak etməyib.
İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən 8896 abituriyentdən 656 nəfər informatika fənni üzrə imtahana gəlməyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:35 / 19.07.2024
İyulun 7-də keçirilmiş qəbul imtahanında 8 nəfərin nəticəsi ləğv edilib
Hazırda oxunan: İyulun 7-də keçirilmiş qəbul imtahanında 8 nəfərin nəticəsi ləğv edilib
Hazırda oxunan: İyulun 7-də keçirilmiş qəbul imtahanında 8 nəfərin nəticəsi ləğv edilib
202752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.