BİZİM TƏQVİM: 20 iyulda dünyada nələr olub?

BİZİM TƏQVİM: 20 iyulda dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 20 iyulda dünyada nələr olub?

202735

20 iyul 1402-ci ildə Ankara yaxınlığında Əmir Teymurun qoşunları ilə Sultan İldırım Bəyazidin başçılıq etdiyi Osmanlı ordusu arasında döyüş olub. İki türk sərkərdəsinin üz-üzə gəldiyi döyüşdə Teymur qələbə qazanıb, Bəyazid əsir götürülüb. 1405-ci ildə Əmir Teymurun ölümündən sonra qurduğu dövlət süquta doğru getdi, Osmanlı dövləti isə güclənməyə başladı.

Bəs, iyulun 20-də dünyada daha hansı hadisələr baş verib?

1.  1924-cü ilin bu günündə Beynəlxalq Şahmat Federasiyası - FİDE yaradılıb. Demokratik prinsiplər əsasında təsis olunan FİDE qeyri-siyasi təşkilatdır. FİDE milli şahmat federasiyalarını birləşdirir və dünya şahmatçılarına rəhbərlik edir. Federasiyanın təsis edildiyi gün - iyulun 20-si dünyada Beynəlxalq Şahmat Günü kimi qeyd olunur.

2.  1936-cı il 20 iyulda Montrö Boğazlar Müqaviləsi imzalandı. Bu müqavilə ilə İstanbul və Çanaqqala boğazlarının nəzarəti tamamilə Türkiyəyə keçdi. Barış zamanı bütün sərnişin gəmilərinə keçid haqqı verən razılaşma ilə Qaradənizə sahili olmayan ölkələrin döyüş gəmilərinin keçidlərinə isə məhdudlaşdırma gətirildi.

3.  “Apollo 11” kosmik gəmisi ilə fəzaya uçan Amerika astronavtları Nil Armstronq (Neil Armstronq), Bazz Oldlin (Buzz Aldrin) və Maykl Kollinz Mun (Michael Collins) 1969-cu ilin 20 iyulunda Aya çatdılar. Enişdən 6 saat sonra Nil Armstronq Ay səthinə addım ataraq bir ilki reallaşdırdı. Onun Aya ayaq basarkən söylədiyi "İnsan üçün kiçik, insanlıq üçün böyük addım” sözləri tarixə düşdü.  ABŞ-ın Ay proqramı - bəşəriyyət tarixində ilk dəfə Ay peykinin səthinə enmə bugünədək insanın başqa bir planetə enməsi baxımından yeganə və təkrarsız hadisə sayılır.

4.  1974-cü ildə Kiprdə hərbi çevrilişlə ölkə başçısı Makariosun devrilməsindən sonra rumlar tərəfindən ilhaq edilməsi təhlükəsi və türk əhalisinin soyqırıma məruz qalmasının qarşısını almaq üçün Türkiyə özünün qarant ölkə öhdəliyinə əsasən adaya desant çıxarmaq haqqında qərar qəbul etdi və Qıbrıs Barış Hərəkatı başlandı. Qıbrız Barış Hərəkatından sonra Kipr faktiki olaraq iki hissəyə - rum və türk icmalarının məskunlaşdığı ərazilərə parçalandı.

5.  1996-cı il 20 iyul – 4 avqust tarixləri arasında Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində keçirilən 26-cı yay Olimpiya Oyunlarında Azərbaycan ilk dəfə olaraq müstəqil komanda şəklində təmsil olundu. Seçmə komandanın heyətinə 22 idmançı daxil idi. Bu yarışlarda sərbəst güləşçi Namiq Abdullayev olimpiadanın gümüş medalına layiq görüldü. 

6.  20 iyul 2015-ci ildə Amerika Birləşmiş Ştatları və Kuba yarım əsrdən sonra diplomatik münasibətləri bərpa edib.

20 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1.  Bu gün ilk azərbaycanlı cərrah-alim, akademik Mirəsədulla Mirqasımovun xatirə günüdür.1913-cü ildə Novorossiyk Universiteti tibb fakültəsini bitirən, Azərbaycanda tibb elminin əsasını qoyanlardan olan Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti olub. Cərrahlığa dair Azərbaycan dilində ilk dərsliyin müəllifi olan görkəmli alim 1958-ci ilin 20 iyulunda 65 yaşında dünyasını dəyişib. (1883-1958)

2.  Döyüş idmanı ustası və aktyor Brüs Li (Bruce Lee) 1973-cü ilin bu günü 33 yaşında həyatdan köçüb. (1940-1973)

3.  20 iyul 1903-cü ildə Əməkdar incəsənət xadimi Bəxşi Qələndərli (1903 – 14.9.1985) Xankəndidə doğulub. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında baş rejissor, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor işləyib.

4.  20 iyul 1933-cü ildə Əməkdar rəssam Məmmədəli Namazəli oğlu İsmayılov (1933 – 21.8.2010) Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rəssam işləyib.

5.  20 iyul 1936-cü ildə tarixçi, arxeoloq, AMEA-nın müxbir üzvü Vəli Hüseyn oğlu Əliyev (1936–2020) Şəki rayonunun Daşbulaq kəndində anadan olub.

6.  20 iyul 1946-cı ildə Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Dadaşov (1946-2017) Bakıda anadan olub. Bir sıra filmlərin (“Yol əhvalatı”, “Qətl günü” və s.) ikinci rejissoru olub, sənədli filmlər çəkib. 7.  20 iyul 1948-ci ildə Xalq artisti, aktyor, rejissor Ramiz Əzizbəyli (1948 – 9.6.2021) Bakıda anadan olub. Filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb, “Pirverdinin xoruzu”, “Bəxt üzüyü”, “Yalan” bədii filmlərinə quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

8.  20 iyul 2021-ci ildə Əməkdar mədəniyyət işçisi, teatr və kino xadimi Zemfira Babayeva (17.11.1954 – 2021) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO