2-3 gün ərzində “Zəfər yolu” minalardan tam təmizlənəcək - ANAMA rəsmisi

2-3 gün ərzində “Zəfər yolu” minalardan tam təmizlənəcək - ANAMA rəsmisi

Hazırda oxunan: 2-3 gün ərzində “Zəfər yolu” minalardan tam təmizlənəcək - ANAMA rəsmisi

20272

"Qırx dörd günlük müharibə zamanı yerli sakinlər tərəfindən daxil olmuş çağırışlar əsasında, həmçinin işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması məqsədilə minatəmizləmə əməliyyatlarına start verilib".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bu zaman yerli sakin tərəfindən daxil olan 3000-ə yaxın çağırış nəticəsində 1000-dən çox partlamamış hərbi sursat aşkarlanıb. Noyabrın 10-dan sonra isə işğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına start verilib.

İdris İsmayılov qeyd edib ki, hazırda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin təmizlənməsi həyata keçirilir. Bu günədək aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və partlamamış hərbi sursatdan tam təmizlənib. Əməliyyatlar zamanı 18 min 648 mina və partlamamış hərbi sursat tapılıb və zərərsizləşdirilib.,

İ.İsmayılov əlavə edib ki, indiyədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb:
"10 kilometr uzunluğunda Suqovuşan avtomobil yolu, həmçinin elektrik xətləri üzrə Füzulidən Hadrut istiqamətində 37 kilovoltluq elektrik xətti, Füzuli Susa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib. Hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir.

Buraya dəmiryolu və avtomobil yolları üzrə layihələr daxildir. Bərdə-Ağdam dəmiryolu xətti, Füzuli-Zəngilan xətlərinin təmizlənməsi həyata keçirilir.

O cümlədən, Füzuli-Şuşa avtomobil yolunun təmizlənməsi davam etdirilir. İki-üç gün ərzində “Zəfər yolu” tam təmizlənərək təhvil veriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO