Təcridxanaya qardaşı üçün şalvarında narkotik keçirmək istəyən şəxs SAXLANILDI

Təcridxanaya qardaşı üçün şalvarında narkotik keçirmək istəyən şəxs SAXLANILDI

Hazırda oxunan: Təcridxanaya qardaşı üçün şalvarında narkotik keçirmək istəyən şəxs SAXLANILDI

202672

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. 

Bizim.Media PX-ə istinadən xəbər verir ki, həbs edilmiş şəxs Elmin Rahim oğlu Məmmədovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 2 ədəd bükülüdə 0,440 qram qurudulmuş marixuana aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır. 

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır". PX-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO