Bakıda xətlərə əlavə 200 avtobus buraxılıb – RƏSMİ  

Bakıda xətlərə əlavə 200 avtobus buraxılıb – RƏSMİ  

Hazırda oxunan: Bakıda xətlərə əlavə 200 avtobus buraxılıb – RƏSMİ  

202662

Bakıda xətlərə əlavə 200 avtobus buraxılmış, marşrutların orta yükü 55%-ə endirilmişdir. 

Bizim.Media xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev bu gün keçirilən brifinqdə deyib. 

O qeyd edib ki, mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut və zolaqlar şəbəkəsinin tətbiqinə başlanılmışdır. 

“Yeni şəbəkədə təxminən 160 km avtobus zolaqlarının yaradılması nəzərdə tutulub. 

Hövsan qəsəbəsini (MİDA) 28 May və Əhmədli m/s-ları ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və 4 Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar istifadəyə verilmişdir. 

M.Şərifli küçəsi (Vərəm dispanseri) Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli və 28 May 5 m/s-nı Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli marşrutda müasir və rahat avtobuslar istifadəyə verilmişdir. 

160 ədəd elektrik avtobusunun idxal edilməsi və daha 200 ədəd avtobusun təmir edilərək sərnişindaşımaya qaytarılması nəzərdə tutulur. 

Bakı-Sumqayıt yolunda, Ş.Bədəlbəyli, Füzuli və Haqverdiyev küçələrində yeni zolaqlar istifadəyə verilmişdir. Hazırda 23 küçə və prospektdə təxminən 66 krn xüsusi zolaq mövcuddur. 
Gənclik Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilmişdir. Koroğlu m/s-nın cənub çıxışında və 28 May m/s qarşısında yeni Nəqliyyat Mübadilə Mərkəzlərinin təşkili istiqamətində işlər aparılır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO