Xalası qızını şantaj etdi - Anasına və atasına xəsarət yetirdi

Xalası qızını şantaj etdi - Anasına və atasına xəsarət yetirdi

Hazırda oxunan: Xalası qızını şantaj etdi - Anasına və atasına xəsarət yetirdi

202646

Gəncə Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə, mənzil toxunulmazlığını pozmada və qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən C.Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media Pravda.az-a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, şikayət təmin edilməyib. 

İttihama görə, C.Həsənovun xalası qızı, zərərçəkmiş M.M. (şərti) ona çoxsaylı təkid və şantajlarına görə yarı çılpaq vəziyyətdə fotoşəkilini göndərib.
Sonra təqsirləndiirlən şəxs mobil telefonun yaddaşında saxladığı fotoşəkili qıza göstərərək bu barədə yaxın qohumlarına və qəsəbə sakinlərinə xəbər verəcəyini bildirib. O, 3 noyabr 2022-ci il tarixdə həmin yarı çılpaq fotoşəkili nümayiş etdirib barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək xalası qızından 4000 manat pul və qızıl-zinət əşyasını hədə-qorxu ilə tələb edib. 

Bundan başqa, C.Həsənov xalası qızı M.M.-nin onunla yaxın münasibət qurmaq təklifindən imtina etdiyindən hiddətlənib. 26 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində xalası, zərərçəkmiş N.M-nin (şərti) yaşadığı evə hasardan aşmaqla həmin mənzilə zor tətbiq etmə hədəsi ilə qanunsuz daxil olub. O, üzərində gəzdirdiyi çapacaqla xalası və onun həyat yoldaşı T.M-yə (şərti) xəsarət yetirib. 

Hadisədən sonra C.Həsənov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. 

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, 4 il müddətin azadlıqdan məhrum edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO