Bakının mərkəzində quraşdırılan metal konstruksiyalar söküldü – FOTO 

Bakının mərkəzində quraşdırılan metal konstruksiyalar söküldü – FOTO 

Hazırda oxunan: Bakının mərkəzində quraşdırılan metal konstruksiyalar söküldü – FOTO 

202569

Bakının mərkəzində işbazlar tərəfindən qanunsuz olaraq quraşdırılan metal konstruksiyalar sökülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. 

Bildirilib ki, paytaxtın Xətai rayonu, Sarayevo küçəsi, 26 ünvanında dünən gecə saatlarında aparılan işlər Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının operativ müdaxiləsindən sonra dərhal dayandırılıb. 

Şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində sözügedən ünvanda yerləşən və sakinlərin səki sahəsi kimi istifadə etdiyi yaşıl zolaqda (təxmini 100 kv.m-lik sahədə) özbaşına yüngül metal konstruksiyanın quraşdırılması faktı aşkarlanıb: 

"Müvafiq icazəverici sənədlər olmadan aparılan işlər bu gün Baş İdarə tərəfindən dayandırılaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Habelə lazımi tədbirlərin görülməsi və ərazinin nəzarətdə saxlanılması məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına rəsmi qaydada məktub ünvanlanıb və müvafiq göstərişlər verilib". 

Məlumata əsasən, söküntü işləri gün ərzində tam başa çatdırılaraq, ərazi yenidən sakinlərin istifadəsinə verilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO