Birinci Qarabağ müharibəsində itkin düşmüş Nağıyev Zahid Ağdamda dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Nağıyev Zahid Ağdamda dəfn olunub - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsində itkin düşmüş Nağıyev Zahid Ağdamda dəfn olunub - FOTO

202552

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nağıyev Zahid Baxış oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.

Bizim.Media-nın yerli bürosu  xəbər verir ki, şəhid Zahid Nağıyevin nəşi ailəsinin yaşadığı Evoğlu kəndinə gətirilib. Şəhidlə vida mərasimi Qaradağlı kənd qəbiristanlığında baş tutub. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Sonra şəhidin nəşi yaylım atəşinin sədaları altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib. 

Qeyd edək ki, Nağıyev Zahid Baxış oğlu Birinci Qarabağ müharibəsində cəbhənin Füzuli və Ağdam istiqamətlərindəki döyüşlərdə iştirak edib. 1994-cü ilin aprelin 18-də Ağdam rayonunun Cəvahirli kəndi uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu. Aparılan araşdırmalardan sonra döyüşçünün Ağdam rayonunun Xındırıstan kənd məzarlığında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.




















Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO