Mətbuata ticarət köşkü kimi baxanlara zaman və məkan anlayışı niyə bu qədər önəmlidir? - TƏHLİL

Mətbuata ticarət köşkü kimi baxanlara zaman və məkan anlayışı niyə bu qədər önəmlidir? - TƏHLİL

Hazırda oxunan: Mətbuata ticarət köşkü kimi baxanlara zaman və məkan anlayışı niyə bu qədər önəmlidir? - TƏHLİL

202531

Ötən gün sosial şəbəkələrdə yayılan bir xəbər hər kəsi, xüsusən də mətbuat cameəsini üzdü. Yayılan məlumatda qeyd edilirdi ki, bir qrup yazar iyulun 18-də Prezident Adminstrasiyasının qarşısında aksiya keçirməyi planlaşdırır və onlar jurnalist həmkarlarını da bu tədbirdə tək buraxmamağa səsləyirlər.

Kimlər nədən və niyə narazıdır?

Bir neçə yazarın etiraz aksiyası keçirmək istəyinin çox sadə səbəbi var. Sən demə MEDİA Agentliyinin iddiasına əsasən Media haqqında qanunun tələblərini pozduğuna görə məhkəmə qərarııyla bir neçə sayt blok edilib. Onlar da buna etiraz edərək Ali İcra orqanının inzibati binası qarşısında hay-küy salmaq istəyirlər. 

Ona görə “hay-küy salmaq istəyirlər” deyirik ki, etirazın normal və hüquqi yolları var. Əgər doğrudan da onlar məhkəmə qərarının ədalətsiz olduğunu düşünürlərsə yuxarı instansiya məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Yox, bunu etmədən, “burda mənəm, Bağdadda kor xəlifə” məntiqi ilə çıxış edirlərsə, onda bunun adı etiraz yox, təxribatdır. Çünki, istənilən mübahisənin həll edildiyi platforma məhkəmədir. Məhkəmədənkənar irəli sürülən istənilən iddia absurd olmaqla yanaşı məntiqsizdir, qanunaziddir. Əgər kimsə problemin həllini qanun çərçivəsində yox, təzyiq yolu ilə həll etməyə çalışırsa, bunun tək adı təxribatdır, şantajdır. Deməli kimsə problem həll etmək yox, hay-küy salmaq istəyir.

Hay-küylə irəli gedənlər ancaq avantürüstlər və təxribatçılardır.

Prezident Adminstrasiyası qarşısında hay-həşir salmaq istəyənlərin gizlin niyyətləri var. Bunun bir göstəricisi etiraz üçün məkanın doğru seçilməməsidirsə, digər sübut isə zamandır. Məlumdur ki, 4 gün sonra milli mətbuatımızın yaranmasının 149-cu ilini qeyd edəcəyik və  bu günü bayram kimi qeyd etmək üçün əlimizdə kifayət qədər əsas var. Lakin, “sapı özümüzdən olan baltalar” məhz mətbuat günü ərəfəsində belə bir təxribata əl atmqla  dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda “mətbuat boğulur, təqib edilir”.

Təbii ki, regional güc olan və Beynəlxalq aktora iddialı olan Azərbaycanı da istəməyən kifayət qədər xarici qüvvələr var. Bax, bəzi yazarlar həmin bədnam qüvvələrin “sağ ol”nu qazanmaq istəyir. Sonrakı mərhələdə isə maliyyə yardımı almaq istəyirlər.

Üstəlik, qarşıdan parlament seçkiləri gəlir. Və məlumdur ki, hər seçkidə xarici qüvvələr  ölkəmizdə iğtişaşlar törətməyə, qarşıdurma yaratmağa çalışırlar. Bunun üçün də səxavət boğçalarının ağzını gen açırlar.Ona görə də bir neçə yazarın etirazı üçün vaxt və zaman seçimi heç də təsadüf deyil. Onlar bunu heç gizlətmirlər də...

Onlar tələblərini sosial media üzərindən belə açıqlayıblar: “Ya bloku aradan qaldıracaqsınız, ya da xaricə gedib sizi söyəcəyik!”.

Hədəf aydındır

Beləcə, bu utancverici fikirlərin sahiblərinin son niyyəti hər kəsə məlum olur. Deməli bu adamlar normal jurnalistika ilə məşğul olmaq və halal çörək qazanmaq istəmirlər. Onlar çox böyük və çirkin bir əməlin sorağındadırlar. Bu da təsadüfi deyil. Azərbaycanda mətbuat o qədər azad fəaliyyət sahəsidir ki, yerindən duran, bir çoxu bir sayt yaradıb. Belələri  də təbii ki, xalqa informasiya xidməti göstərmək əvəzinə asan çörək qazanmaq istəyir. Asan pul qazanmağın yolu isə reketçilikdən, şantajdan keçir.  Bu gün narazı qalan yazarların “çalışdıqları” saytlar bir divar qəzeti qədər nüfuzlu deyil. Özləri yazıb, özləri oxuduqları xəbərlərin baxış sayı barmaqla sayılacaq qədər azdır.

Bax, ona görə də onlar qanunla yox, qanunsuzluq şəraitində fəaliyyət göstərmək istəyirlər. Amma bu cür “mətbauat”dan xalqımız və cəmiyyətimiz az ziyan görməyib.

Belələri, Media haqqında qanunun tələblərini görməzlikdən gəlmək istəyir. Reyestrin tələblərini lazımsız hesab edir. Halbuki, hazırda MEDİA Agentliyində reyestrdən keçən 200-dən artıq KİV var və ə onların fəaliyyətinə heç bir müdaxilə yoxdur. Hələ onu demirik ki, hansısa mətbuat orqanının məhkəmə çəkişməsi indiki zamanda çox nadir hadisədir. Yəni bu gün normal mətbuatın fəaliyyətinə heç kəs müdaxilə etmir. Kimsə yazdığı fikrə görə təqib edilmir. Amma bununla paralel mətbuat cameəsində bir düzən, bir mizan var. Çünki, hər kəsə ayna tutan, nöqsanları qabardan mətbuat ilk növbədə özü nümunəvi və qüsursuz olmalıdır. Amma qələmini “çörək ağacı”na çevirmək və bu “ağac”la hər yoldan keçənə badalaq gəlmək heç bir haqqa, hüquqa və fikir azadlığına sığmır. Bu olsa-olsa pul üçün kimlərinsə saqqalının altından keçməyə bənzəyir. Bu isə azad yox, pozuculuq fəaliyyətidir. Belə pozuculuq hallarının qarşısını almaq və qanunun aliliyini qorumaqsa, müvafiq dövlət qurumlarının vəzifəsidir. 

Bizim.Media-nın Analitik qrupu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO