“WhatsApp” bu telefonlarda İŞLƏMƏYƏCƏK 

“WhatsApp” bu telefonlarda İŞLƏMƏYƏCƏK 

Hazırda oxunan: “WhatsApp” bu telefonlarda İŞLƏMƏYƏCƏK 

202518

“WhatsApp” mesajlaşma proqramı KaiOS 2.5.4 və daha yuxarı versiyalarla işləyən cihazlarda fəaliyyətini dayandırıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mesencerin texniki heyəti məlumat verib. 

Bildirilib ki, bundan sonra yalnız 2024-cü il iyunun 25-dən əvvəl daxil olmuş istifadəçilər KaiOS-da WhatsApp-dan istifadə edə bilər. 

Siyahıya daxil olan JioPhone, JioPhone 2, Nokia 800 Tough, Nokia 2720 Flip, Nokia 2760 Flip, Nokia 2780 Flip, Nokia 6300 4G, Nokia 8000 4G və Nokia 8110 4G, bəzi Alcatel və Energizer modellərində Whatsapp tətbiqinin istifadəsi məhdudlaşdırılacaq. 

Qeyd edək ki, şirkət bununla bağlı iyun ayında xəbərdarlıq edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO