Goranboy rayonunun Veysli kəndində mübahisə ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Veysli kənd sakini Tarzan Salamov idarə etdiyi “Ford” markalı avtomobili həmkəndlisi 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun üzərinə sürərək, üstündən keçib.
Hadisə zamanı Ə.Ərəbov hadisə yerində dünyasını dəyişib. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımovun bildirdiyinə görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan 1988-ci il təvəllüdlü Tarzan Şamilov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məlumat üçün bildirək ki, Əhməd Ərəbov kriminal aləmdə "Kürd Amo" ləqəbi ilə tanınıb. Əldə etdiyimiz qeyri rəsmi məlumata görə, hadisədən bir gün əvvəl Tarzan Salmanovla Ərəbovun əkin sahəsində mübahisələri olub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:48 / 18.07.2024
Goranboyda DƏHŞƏT: Dalaşdığı həmkəndlisinin üzərinə maşın sürüb üstündən keçdi
Hazırda oxunan: Goranboyda DƏHŞƏT: Dalaşdığı həmkəndlisinin üzərinə maşın sürüb üstündən keçdi
Hazırda oxunan: Goranboyda DƏHŞƏT: Dalaşdığı həmkəndlisinin üzərinə maşın sürüb üstündən keçdi
202505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.