“Bəlkə axırda sürpriz etdim, bilmək olmaz” — Elmar Məmmədyarovdan SEÇKİ AÇIQLAMASI

“Bəlkə axırda sürpriz etdim, bilmək olmaz” — Elmar Məmmədyarovdan SEÇKİ AÇIQLAMASI

Hazırda oxunan: “Bəlkə axırda sürpriz etdim, bilmək olmaz” — Elmar Məmmədyarovdan SEÇKİ AÇIQLAMASI

202467

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək nazmizədlərinin siyahısı açıqlanıb. YAP-ın namizədliyini irəli sürdüyü şəxslər arasında siyahıda keçmiş deputatlar və dövlət məmurları ilə yanaşı, bir sıra yeni adlar da yer alıb. Həmçinin, siyasi partiyalar, müstəqil namizədlər də iştirak edəcəkləri barədə məlumat verirlər. 

Bizim.Media xəbər verir ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçiləri barədə danışan Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov demokrat.az-a açıqlamasında seçkilərdə özünün də iştirak esə biləcəyini istisna etməyib.

“Demək olar ki, 90 faiz parlament seçkilərində iştirak etmək barədə fikirləşmirəm. Amma intizarda saxlayıb, bəlkə axırda süpriz etdim, bilmək olmaz. Hələ ki, parlament seçkilərində namizədliyimi verməyi fikirləşmirəm. Amma belə baxanda hələ vaxt da var. Əslində, hansı rayondan namizədliyimi irəli sürmək və s. barədə fikirləşmək olar. Amma bununla bağlı xeyli iş aparmaq lazımdır. Bu haqda ölçüb-biçib, doğru-düzgün düşünmək olar. Yenə də baxaq görək də, hələ vaxt var. Səmimi desəm, deputatlığa namizəd olmaqla bağlı fikrim o qədər də qəti deyil. Ona görə ki, namizədliyi verirsən, sonra keçməsən, onun özü də yaxşı hal sayılmır. Şəxaən mən 90 faiz yalnız bu barədə düşünürəm”.

Elmar Məmmədyarov övladlarının da deputat olmaq istəyi ilə bağlı fikirlərini açıqlayıb:

“Övladlarım xaricdə yaşayırlar. Ona görə də onların seçkilərdə iştirak etmək imkanları yoxdur. Heç övladlarım burada seçkilərdə iştirak etmək barədə düşünmürlər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO