2024-cü ilin 6 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergiləri ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının qərəzli olaraq icra edilməməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz sahibkarlıq, cinayət yolu ilə alınmış əmlakı leqallaşdırma və yalançı sahibkarlıq faktları üzrə cəmi 432 cinayət işi başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DVX məlumat yayıb.
Məlumata görə,hesabat dövründə 17,5 milyon manat vəsaitin dövlət büdcəsinə ödətdirilməsi təmin edilib.
Bildirilib ki, hesabat dövründə 42 cinayət işinin icraatına xitam verilib, 33 nəfər barəsində ittiham elan edilməklə 27 cinayət işi məhkəməyə göndərilib, nəticədə 69 cinayət işinin ibtidai istintaqı tamamlanıb, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:00 / 17.07.2024
6 ay ərzində Dövlət Vergi Xidməti tərəfindən 432 cinayət işi BAŞLANILIB
Hazırda oxunan: 6 ay ərzində Dövlət Vergi Xidməti tərəfindən 432 cinayət işi BAŞLANILIB
Hazırda oxunan: 6 ay ərzində Dövlət Vergi Xidməti tərəfindən 432 cinayət işi BAŞLANILIB
202453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.