Yeni Azərbaycan Partiyası VII çağırış Milli Məclisə seçkilərlə bağlı öz namizədlərini açıqlayıb.
Partiyanın irəli sürdüyü namizədlər arasında iyulun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad olan Səyyad Salahlının (Aran) da adı var. O mandat uğrunda 82 saylı İmişli-Saatlı seçki dairəsində mübarizə aparacaq.
Səyyad Salahlı birinci və ikinci çağırış Milli Məclisə deputat seçilib. 2006-2010-cu illərdə İstanbulda baş konsul olub.
2012-ci ildən isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədrinin birinci müavini idi. Və 2 gün əvvəl o Ölkə başçısının sərəncamı ilə tutduğu vəzifədən azad olunub.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:53 / 17.07.2024
Səyyad Aran yenidən deputat olur?
Hazırda oxunan: Səyyad Aran yenidən deputat olur?
Hazırda oxunan: Səyyad Aran yenidən deputat olur?
202414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.