Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha yeddi şəhid dəfn olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Belə ki, iyulun 18-də hərbçi Qurbanov Aydın Əsədulla oğlu Maştağa qəsəbəsi Şəhidlər xiyabanında dəfn ediləcək.
Həmin gün həmçinin hərbçilər Kərimov Yaşar Ələkbər oğlu Neftçala rayon Qaramanlı kəndində, Nağıyev Zahid Baxış oğlu Ağdam rayon Evoğlu kəndində, Abbasov Akif İlyas oğlu isə Gəncə şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.
İyulun 19-da isə hərbçilər Rəsulov Rəhim Əlyar oğlu Sumqayıt şəhəri Şəhidlər xiyabanında və Hümbətov Bəxtiyar Əliş oğlu Yevlax şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.
Dəfn ediləcəklər arasında yalnız bir mülki şəxs var. Belə ki, sözgedən tarixdə mülki şəxs Vəliyev İbrahim Ələşrəf oğlu İmişli rayon Şəhidlər xiyabanında dəfn ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:56 / 17.07.2024
Daha yeddi itkin şəhidin dəfn mərasimi KEÇİRİLƏCƏK
Hazırda oxunan: Daha yeddi itkin şəhidin dəfn mərasimi KEÇİRİLƏCƏK
Hazırda oxunan: Daha yeddi itkin şəhidin dəfn mərasimi KEÇİRİLƏCƏK
202403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.