ÜST-dən “Yay COVİD”i XƏBƏRDARLIĞI - Sürətlə yayılan yeni virusdan necə QORUNAQ?

ÜST-dən “Yay COVİD”i XƏBƏRDARLIĞI - Sürətlə yayılan yeni virusdan necə QORUNAQ?

Hazırda oxunan: ÜST-dən “Yay COVİD”i XƏBƏRDARLIĞI - Sürətlə yayılan yeni virusdan necə QORUNAQ?

202395

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yenidən xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, FLİRT adlı yeni COVİD variantı dünyada dominant hala gəlir.

Bəs yeni COVİD variantları hansılardır və bu virusdan necə qorunaq?

Suala tanınmış həkim Abbas Bağırov aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə 2024-cü ilin may ayından başlayaraq qonşu Rusiyada və dünyanın bir çox ölkələrində koronavirusun “Omikron” ştammının yeni subvahidi- FLİRT meydana gəlib və sürətlə yayılmaqdadır:
 

MÖVZU İLƏ BAĞLI:

Yeni pandemiya XƏBƏRDARLIĞI – Azərbaycan bu virusu LOKALLAŞDIRA biləcək?


“Yayılma tezliyinin amplitudası əsasən yay aylarında artdığına görə bu subvahidə  “Yay COVİD”i də deyirlər. Omikronun mutasiyaya uğrayan və dominant JN.1 törəməsidir. Mutasiyaya uğramış yeni ştamm ilə yoluxma zamanı bir neçə simptomlar qeyd edilir ki, əhalinin maarifləndirilməsi məqsədilə  bunaları qeyd etməyi lazım bilirik. Simptomlar COVİD-19-un digər növləri ilə demək olar ki, eynidir. FLİRT ştammına yoluxma zamanı ilkin əlamətlər bir həftə ərzində aşkarlanır və xəstəlik dövrü iki həftəyə qədər davam edir”.

Həkimin sözlərinə görə əvvəllər COVİD-ə yoluxmuş insanlardakı ilkin olaraq qızdırma, boğaz ağrısı və tərləmə halları ilkin simptomlar kimi qeyd edilirdi:

“Daha sonra isə əzələ və oynaq sistemlərində baş verən ağrılar, ümumi yorğunluq, burun axıntısı, göz ağrısı fonunda gözyaşarma halları, başgicəllənmə, nəfəsalma çətinliyi, köks qəfəsində ağrılar, öskürək, iştahanın pozulması, dadbilmə hissinin ya itməsi və yaxud dəyişməsi, periferik nahiyələrdə- əllərdə və ayaqlarda uyuşma, yuxu pozulmaları kimi simptomlar da ikinci həftədən aktivləşərək xəstəliyin gedişini immun sistemin mövcud vəziyyətinə müvafiq şəkildə istiqamətləndirir”. 

Müsahibimiz xəbərdar edir ki, əgər yuxuya meyllilik, yaddaş itkisi, köks qəfəsi içərisində davamiyyətli ağrılar, nitq və hərəkət fəaliyyətində dəyişiklik baş veribsə, dərhal  təxirəsalınmaz müalicə kursuna başlanılmalıdır:

“Xəstəliyə yoluxmuş insanlar başqalarını da yoluxdurmamaq üçün ənənəvi qaydada izolyasiya olunaraq evdən çıxmamalı, qoruyucu maskalardan istifadə etməli, əllər dezinfektorlarla mütəmadi olaraq silinməli yaxud yuyulmalıdır. Yaşlılar və uşaqlar xüsusi nəzarət rejimində saxlanılmalıdır. Zəruri hallarda gücləndirici peyvəndləmə tətbiq olunmalı, peyvənd olunmamış fərdlər peyvəndlənməyə cəlb olunmalıdır. Nəzərə alaq ki, alimlər yeni peyvənd nümunələrinə ehtiyac olduğunu  nəzərə alaraq yeni peyvənd nümunələrinin alınması üzərində işlərini davam etdirirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO