Məktəbəhazırlıq qruplarına 17 mindən çox uşaq qeydiyyatdan KEÇİB 

Məktəbəhazırlıq qruplarına 17 mindən çox uşaq qeydiyyatdan KEÇİB 

Hazırda oxunan: Məktəbəhazırlıq qruplarına 17 mindən çox uşaq qeydiyyatdan KEÇİB 

202386

İyulun 17-si saat 11:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 264 uşaq elektron qeydiyyatdan keçib. 

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. 

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-dan etibarən aktib olub. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək. 
Qeyd edilib ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər. 

Əlavə edilib ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO