Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələr müzakirə edilib - FOTO

Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələr müzakirə edilib - FOTO

Hazırda oxunan: Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələr müzakirə edilib - FOTO

202324

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun dəvəti əsasında Minsk şəhərinə işgüzar səfərə gedib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində nazir Vüqar Mustafayev Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb və iki dost ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlıq, o cümlədən gələcək əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazirliyin nümayəndə heyətinin bir sıra müəssisələrin istehsalat prosesi ilə tanış olması da planlaşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO