Aşura günündə Quba və Xaçmaz rayonlarında könüllü qanvermə aksiyası keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon mərkəzi xəstəxanalarının həkimləri tərəfindən sağlamlıq durumu yoxlanılan rayon sakinləri qan veriblər.
Yığılan qan talassemiya, leykoz, hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə sərf ediləcək.
Qanvermə aksiyasında yerli qurumların rəsmiləri və əməkdaşları da iştirak ediblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.