Azərbaycanda doğulanların sayı azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb.
Son illərin statistikasında doğulan körpələrin sayı azalan xətt üzrə gedir. Bəziləri bunu gənclərin sosial problemlərinin olması, bəziləri isə onların məsuliyyətdən qaçması, öz yaşayış tərzlərindən vaz keçə bilməməsi ilə əlaqələndirir. Ailələrin uşaq planlaması şəxsi istək olsa da, bu demoqrafik göstəricilərə təsir edir. Həmçinin, ölkədə çoxuşaqlı ailələrin də sayı azalıb.
Gələcəkdə körpələrin sayının artması üçün hansı layihələr düşünülməli, hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Fazil Mustafa deyib ki, azalmanı diqqətdən kənarda saxlamaq olmaz:
“Demoqrafik məsələyə bizdə ciddi yanaşılmalı və hər hansı bir şəkildə bu azalma məsələsini diqqətdən kənarda saxlaya bilmərik. Mütləq artım məsələsi üzərində düşünməliyik. Bütün hallarda bu, bizi narahat etməlidir. Demoqrafik siyasətdə yeniliklər, hansısa təşəbbüslər irəli sürülməlidir”.
O bildirib ki, ailə planlamasının müəyyən detallarına yenidən baxmalıyıq:
“Bu sahədə düzəlişlər etmək vacibdir. Çünki bizim hər hansı bir şəkildə hədsiz geriləməyimiz doğru olmaz. Bu, gələcəkdə həm hərbi potensialımıza, həm işçi qüvvəmizə təsir edən amil olacaq”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 17.07.2024
Demokrafik PARTLAYIŞ – Azərbaycanda doğulan körpələrin sayı niyə sürətlə AZALIR?
Hazırda oxunan: Demokrafik PARTLAYIŞ – Azərbaycanda doğulan körpələrin sayı niyə sürətlə AZALIR?
Hazırda oxunan: Demokrafik PARTLAYIŞ – Azərbaycanda doğulan körpələrin sayı niyə sürətlə AZALIR?
202291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.