BİZİM TƏQVİM: 17 iyulda dünyada nələr olub?

BİZİM TƏQVİM: 17 iyulda dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 17 iyulda dünyada nələr olub?

202290

1453-cü il iyulun 17-də Fransanın Kastion şəhərciyi yaxınlığında yüzillik müharibənin son döyüşü baş verdi. Bu döyüşdə hərbi hiylə işlədən fransızlar ingilisləri darmadağın etdilər. Bundan 3 ay sonra Britaniyanın son istehkamı Bordo şəhəri döyüşsüz təslim oldu.

Britaniya yüzillik müharibədən sonra qitədəki ərazilərindən yalnız Pa de Kale körfəzinin Fransa tərəfdəki liman şəhərini bir əsr özündə saxlaya bildi. 

Kastion Müharibəsindən sonra 116 ildir döyüşən Fransa və İngiltərə sülh müqaviləsi imzaladı. 

Bəs, iyulun 17-də dünyada daha hansı hadisələr baş verib?

1.    17 iyul 1918-ci ildə Yekaterinburqda Ural vilayət şurasının hökmü ilə Rusiyanın sonuncu imperatoru II Nikolay və ailəsi güllələndi.

2.    1936-cı il 17 iyulda İspaniyada respublikaçı hakimiyyətə qarşı çıxan general Frankonun rəhbərliyi altında olan ordu ilə hökuməti dəstəkləyənlər arasında İspaniya Vətəndaş Müharibəsi başladı. 

3.    17 iyul 1945-ci ildə Potstamda SSRİ, ABŞ və İngiltərə dövlət başçılarının (Stalin, Truman və Çörçil) konfransı oldu. İkinci Dünya Müharibəsində qalib gələn ölkələr Potstam Konfransında Avropanı öz nüfuz dairələrinə böldülər. 

4.    1955-ci ilin bu günündə ilk Disney parkı olan Disneyland Kaliforniyada ictimaiyyətə açıq elan olunub. ABŞ-lı rəssam və film rejissoru Walt Disney tərəfindən yaradılan Disneyland dünyanın ən böyük əyləncə parkı və önəmli turizm mərkəzi sayılır.

5.    2014-cü il 17 iyulda Malayziya hava yollarına aid sərnişin təyyarəsi Ukrayna üzərində mərmiylə salındı. Hadisədə 298 adam həyatını itirdi.

17 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1.    Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli dövlət xadimi və şairi Şah İsmayıl Xətai 1487-ci ilin bu günü anadan olub. Səfəvi imperiyasının yaranması və formalaşmasında həlledici rol oynamış, Avropa və Asiyanın bir çox ölkəsi ilə uğurlu diplomatik əlaqələr qurmuş Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan dövlətinin sərhədləri Dərbənddən İran körfəzinədək uzanırdı. Həm də Azərbaycan ədəbiyyatının klassiklərindən olan Şah İsmayıl Xətainin əsərləri bu gün də sevə-sevə oxunur və tədqiq edilir. (1487-1524)

2.    17 iyul 1898-ci ildə ədəbiyyatşünas, publisist Əbdülvahab Məmmədzadə (Yurdsevər; 1898-1976) Bakıda doğulub. 1923-cü ildə həbs edilib, 10 il həbs və sürgündən sonra mühacirətə gedib. 60-70-ci illərdə İstanbulda Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib, Ankarada dəfn olunub.

3.    Məşhur rus alimi, səyyah, etnoqraf və ictimai xadim Nikolay Nikolayeviç Mikluxo-Maklay 1846-cı il 17 iyulda anadan olub (1846-1888)

4.    17 iyul Azərbaycanın görkəmli tarixçi-alimi Sara Aşurbəylinin хatirə günüdür. Azərbaycan Elmlər Akademiyasının Tarix Muzeyində və Tarix İnstitutlarında da çalışmış Sara Aşurbəyli əsasən orta əsr Azərbaycan şəhərlərinin tarixini tədqiq edib, “Şirvanşahlar dövləti”, “Bakı şəhərinin tarixi” əsərlərini yazıb. O, həm də rəssam kimi fəaliyyət göstərib və Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Sara Aşurbəyli 2001-ci ilin bu günü 95 yaşında dünyasını dəyişib. (1906-2001)

5.    Azərbaycanın tanınmış estrada müğənnisi, aktyor, arxitektor, rəssam və xalq artisti Mirzə Babayev 1913-cü ilin 17 iyulunda anadan olub. O, Bakı Sənaye İnstitutunun memarlıq fakültəsi, sonra konservatoriyanın vokal şöbəsini – Bülbülün sinfini bitirib. Azərbaycan Dövlət Caz Orkestrinin ilk solistlərindən olan Mirzə Babayev Azərbaycan bəstəkarlarının 500-dən çox mahnısını özünəməxsus şəkildə oxuyub, yaddaqalan edib, həm də onlarla filmdə müxtəlif rolları məharətlə ifa edib. (1913-2003)

6.    1953-cü ilin bu günündə Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru, aparıcı, Xalq Artisti Telman Adıgözəlovun doğum günü (1953-2010). 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. T.Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO