Azərbaycanda anomal istilər gözlənilir – XƏBƏRDARLIQ  

Azərbaycanda anomal istilər gözlənilir – XƏBƏRDARLIQ  

Hazırda oxunan: Azərbaycanda anomal istilər gözlənilir – XƏBƏRDARLIQ  

202282

Yay fəslinin qarşıdan gələn günlərində əksər bölgələrində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. 

Onun sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən bu ilin yay fəslində həm Abşeron yarımadasında, həm də bölgələrdə havanın temperaturunun iqlim normasından yüksək olacağı, ayrı-ayrı günlərdə isə anomal isti keçəcəyi ehtimal olunur. 

Xidmət rəisi qeyd edib ki, yağıntının miqdarının normaya yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər az olacağı proqnozlaşdırılır:

"Ümumilikdə iyul-avqust ayları Azərbaycanın yerləşdiyi fiziki-coğrafi mövqeyə uyğun olaraq ən isti aylardan hesab olunur. Qlobal iqlim dəyişmələri fonunda isti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO