İcra başçısı təyin edilən Cavid Əbdul-Qədirov kimdir? – DOSYE  

İcra başçısı təyin edilən Cavid Əbdul-Qədirov kimdir? – DOSYE  

Hazırda oxunan: İcra başçısı təyin edilən Cavid Əbdul-Qədirov kimdir? – DOSYE  

202273

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Cavid Teyrun oğlu Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 

Bizim.Media xəbər verir ki,  Cavid Əbdul-Qədirov 1984-cü ildə Bakı şəhərində anadan olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident icra başçısını vəzifəsindən azad etdi – YENİ TƏYİNAT  


2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 

2018-ci ildə Azərbaycan Respublikaının əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi, 2020-2021-ci illərdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 

2021-ci ildən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışır.  

İngilis, rus dillərini sərbəst bilir. 

Ailəlidir, iki övladı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO