Masallıda körpəsi ölən qız 16 yaşında qaçırılıbmış - Uşağın atası həbsdən çıxıb 

Masallıda körpəsi ölən qız 16 yaşında qaçırılıbmış - Uşağın atası həbsdən çıxıb 

Hazırda oxunan: Masallıda körpəsi ölən qız 16 yaşında qaçırılıbmış - Uşağın atası həbsdən çıxıb 

202264

Xəbər verdiyimiz kimi, Masallıda körpə ölümü qeydə alınıb. Məlumata görə, Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.  

Rəsmi açıqlamada deyilir ki, cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub. 

Bizim.Media xəbər verir ki, kənd icra nümayəndəliyindən “modern.az”a verilən məlumata görə, körpənin atası ötən il Səfurə Qubadovanı qaçırıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Masallıda 17 yaşlı ananın körpəsi ölü DOĞULDU 


"Ata daha sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsi (On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə cinayət məsuliyyətinə cəlb edilib. O, cəzasını çəkib və azadlığa buraxılıb". 

Qeyd edək ki, Baş Prokurorluq hadisə ilə bağlı araşdırma aparır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO