Manaf Ağayev deputatlığa namizədliyini verib? – Özündən AÇIQLAMA 

Manaf Ağayev deputatlığa namizədliyini verib? – Özündən AÇIQLAMA 

Hazırda oxunan: Manaf Ağayev deputatlığa namizədliyini verib? – Özündən AÇIQLAMA 

202262

Xəbər verildiyi kimi, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Artıq 3 gündür ki,  növbədənkənar parlament seçkilərində nаmizədlliklərini irəli sürən şəxslərin qeydə alınması prosesi davam edir. Bu müddət avqust ayının 2-si saat 18:00-dək olan dövrü əhatə edəcək.

Sosial şəbəkələrdə yayılan iddialara görə, müğənni Manaf Ağayev də bu il deputatlığa öz namizədliyini verəcək.

Bizim.Media məsələni dəqiqləşdirmək üçün müğənninin özü ilə əlaqə saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yenidən deputat olmaq istəyənlər seçkiyə necə HAZIRLAŞIR? – SORĞU 


Manaf Ağayev saytımıza açıqlamasında bildirib ki, belə bir iddiası yoxdur:

“Allah yalan məlumat yayanların bəlasını versin. Mən heç bir iddiada deyiləm. Ümumiyyətlə, mən dövlət işində işləmək istəmirəm. Musiqiçiyəm və öz işimlə məşğulam. Bu kimi xəbərləri reytinq xatirinə yayırlar. Məni parlamentdə görürlərsə, sağ olsunlar, amma 61 yaşım var, ayılıb-ayılıb indi başladım?! Heç vaxt dövlət işi istəməmişəm”, -deyə müğənni əlavə edib.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO