Təmizləyici qurğusu olmayan 55 restoran CƏRİMƏLƏNDİ – RƏSMİ/ÖZƏL 

Təmizləyici qurğusu olmayan 55 restoran CƏRİMƏLƏNDİ – RƏSMİ/ÖZƏL 

Hazırda oxunan: Təmizləyici qurğusu olmayan 55 restoran CƏRİMƏLƏNDİ – RƏSMİ/ÖZƏL 

202257

Havanın çirklənməsində restoran və ictimai-iaşə obyektlərinin də payı var. Həmin obyektlərdə təmizləyici qurğular olmadıqda və ya texniki göstəriciləri normaya uyğunlaşmadıqda, filtrlər vaxtında dəyişdirilmədikdə havaya normadan artıq tullantı atılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi obyekt sahiblərinə müraciət edərək Məhərrəm ayında toyların olmamasından istifadə edərək onları obyektlərindəki qurğuların standartlara uyğunluğunu təmin etməyə çağırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlikdən restoran sahiblərinə ÇAĞIRIŞ


Nazirlikdən bir sıra restoran və ictimai-iaşə obyektlərində təmizləyici qurğular quraşdırılsa da, onlara vaxtaşırı xidmət göstərilmədiyi, filtrlərin vaxtında dəyişdirilmədiyi və nəticədə havaya normadan artıq tullantı atıldığı qeyd edilib.

Bəs monitorinqlər hansı müddətdən bir aparılır? Təmizləyici qurğu quraşdırılmayan neçə ictimai-iaşə obyekti var və onlarla bağlı hansı tədbirlər görülür?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev Bizim.Media-ya bildirib ki, bununla bağlı mütəmadi olaraq monitorinqlər aparılır:

“Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birgə mütəmadi olaraq ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində və restoranlarda atmosfer havasının mühafizəsi ilə bağlı monitorinq, eləcə də  ölçmə işləri aparır. Son bir ay ərzində Bakı, Sumqayıt və Gəncə şəhərlərində 90 ictimai-iaşə obyekti və restoranda atmosfer havasının mühafizəsi ilə bağlı monitorinq, eləcə də ölçmə işləri aparılıb”.

O qeyd edib ki, monitorinqlər nəticəsində 55 obyekt haqqında akt tərtib edilib:

“Təmizləyici qurğularının filtləri vaxtında dəyişdirilməyən 55 obyektdən atmosfer havasına atılan qazların miqdarının yol verilən həddən artıq olduğu aşkar edilib.  Aşkar edilmiş faktlarla bağlı akt, protokol tərtib edilərək obyektlərin səlahiyyətli nümayəndələri barəsində cərimələr tətbiq olunub, “məcburi göstəriş” verilib. Məhərrəm  ayı başa çatdıqdan sonra digər ictimai-iaşə obyektlərində də monitorinq və ölçmə işləri davam etdiriləcək və ilin sonunda bu barədə ətraflı məlumat təqdim oluna bilər”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO