Qoruqlarımızın bəzəyi: Şərqi Qafqaz turu ciddi mühafizə altındadır – FOTO  

Qoruqlarımızın bəzəyi: Şərqi Qafqaz turu ciddi mühafizə altındadır – FOTO  

Hazırda oxunan: Qoruqlarımızın bəzəyi: Şərqi Qafqaz turu ciddi mühafizə altındadır – FOTO  

202253

Dünyada yalnız Qafqaz ekoregionunda mövcud olan Şərqi Qafqaz turu və bu növün var olması, yaşaması, artıb-çoxalması üçün bütün tədbirlər görülür. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, İlisu Dövlət Təbiət Qoruğunda, o cümlədən Qax Dövlət Təbiət yasaqlığında dünyada Şərqi Qafqaz turu kimi tanınan bu cinsin artması üçün bütün işlər görülür. 

İlisu Dövlət Təbiət Qoruğundan verilən məlumata əsasən, bu növlə yanaşı, bir sıra kritik səviyyədə təhlükədə olan digər növlərin də qorunması istiqamətində davamlı iş aparılır. Bu məqsədlə ilk növbədə Qafqazın bir sıra bölgəsində qoruqlar və yasaqlıqlar təşkil edilib. 

İlisu Dövlət Təbiət Qoruğunda o cümlədən, Qax Dövlət Təbiət Yasaqlığında bu və digər növlərin, onların yaşam mühitlərinin kompleks şəkildə qorunması və bərpa edilməsi istiqamətində müxtəlif mühafizə tədbirlər həyata keçirilir ki, artıq müsbət nəticələri göz önündədir. Son hesablamalara əsasən, adı çəkilən Şərqi Qafqaz turu hazırda qoruq və yasaqlıqda ən çoxsaylı növlərimizdəndir. Bununla bağlı qoruq əməkdaşlarının lentə aldığı son görüntüləri təqdim edirik. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO