554 balla universitetə qəbul olan tələbə faciəli şəkildə VƏFAT EDİB – AÇIQLAMA 

554 balla universitetə qəbul olan tələbə faciəli şəkildə VƏFAT EDİB – AÇIQLAMA 

Hazırda oxunan: 554 balla universitetə qəbul olan tələbə faciəli şəkildə VƏFAT EDİB – AÇIQLAMA 

202238

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3-cü kurs tələbəsi Cəbrayılov İmran Əli oğlu faciəvi şəkildə dünyasını dəyişib. 

UNEC-in mətbuat katibi Elnarə Məmmədova Bizim.Media-ya açıqlamasında tələbə dənizdə boğularaq dünyasını dəyişdiyini bildirib:

“Hadisə dünən baş verib. İmran Cəbrayılov 554 balla universitetə qəbul olmuşdu. O, “Maliyyə və mühasibatlıq” fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsil alırdı. Universitetin fəal tələbələrindən idi, dərslərinə həmişə məsuliyyətlə yanaşırdı. Bu, UNEC üçün ağır xəbər oldu”, -deyə Elnarə Məmmədova qeyd edib. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO