Xəzərdə əməliyyat: Saxlanılan var – VİDEO  

Xəzərdə əməliyyat: Saxlanılan var – VİDEO  

Hazırda oxunan: Xəzərdə əməliyyat: Saxlanılan var – VİDEO  

202227

Su polisi Xəzərdə brokonyer əməliyyatı keçirib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan İlham Heydərov saxlanılıb: 
"Yoxlama zamanı ondan “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovunda istifadə olunan tor, digər qadağan olunmuş balıqovlama alətləri və 96 ədəd kefal balığı aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı bu şəxsin su bioresurslarından qanunsuz istifadə etməsi nəticəsində ekologiyaya 1056 manat maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır". 

Qeyd edilib ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün balıqovlama mövsümü sentyabr ayına qədər dayandırılıb: 

"Bütün qadağalara baxmayaraq xüsusən körpə balıqların qanunsuz ovlanması hallarına hələ də rast gəlinməkdədir. Qeyd edilən qanunsuz əməllərə yol verən brokonyerlərə xəbədarlıq edilərək bildirilir ki, onlar barəsində cinayət və inzibati qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək". 

"Su Polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır. 

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - deyə məlumatda qeyd edilib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO