Malıbəyli sakinlərini qarşılamağa hazırlaşır - Eksklüziv görüntülər - VİDEO

Malıbəyli sakinlərini qarşılamağa hazırlaşır - Eksklüziv görüntülər - VİDEO

Hazırda oxunan: Malıbəyli sakinlərini qarşılamağa hazırlaşır - Eksklüziv görüntülər - VİDEO

202194

İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi, Xocalı rayonunun Malıbəyli kəndində də tikinti-quraşdırma işləri davam etməkdədir.

Bizim.Media xəbər verir ki, "Böyük Qayıdış" Dövlət Proqramı üzrə, doğma yurda növbəti köçün ünvanı qədim tarixə malik Malıbəyli kəndi olacaq.

"Bakı Abadlıq Xidməti" MMC-nin Malibəyli layihəsi üzrə rəhbəri, memar Çağlar Nuyan oxu.az-a açıqlamasında bildirib ki, ilkin mərhələdə doğma torpağına qayıdacaq sakinləri qarşılamaq üçün bütün işlər - yeraltı kommunikasiya (qaz, su, işıq, rabitə) xətlərinin çəkilişi tamamlanmaq üzrədir.

"İlk köçəcək sakinlərin fərdi ev birləşmələri hazırdır. Yararsız binalar sökülərək, eyni yerdə yeni evlər tikilir, iaşə obyektlərinin inşası başa çatmaqdadır, gözəl parklar, özəl dizayn verilmiş yaşıllıqlar salınır. Yeni çoxmərtəbəli binalarda olacaq mənzillər isə ailə sayına görə, planlı şəkildə, 2, 3, 4 otaqlı olmaqla sahiblərinə təqdim ediləcək".
Çağlar Nuyanın sözlərinə görə, bu layihə üzərində çalışan memarların səyi ilə Malıbəyli kəndi Qarabağın ən gözəl və müasir kəndlərindən biri kimi tanınacaq.

"Hazırda işlər sürətlə davam edir, dövlət qurumları tərəfindən müəyyənləşmiş müddətlərə ciddi riayət olunur", - deyə Ç.Nuyan bildirib.

Malıbəyli kəndindən görüntüləri təqdim edirik:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO