Sumqayıtda fəhlənin iş zamanı yanması barədə bəzi detallar məlum olub.
Bizim.Media xəbər verir ki, belə ki, müəssisənin əməkdaşı Şəhriyar Hadıyev Hamlet Şiriyevin həyatı təhlükəsinin olmadığını, hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini bildirib:
"Ağzı bağlı qabı alova atıb, o da partlayıb. Yüngül yanıq xəsarəti alıb".
Qeyd edək ki, hadisə "Tuq zavod" adlanan ərazidə yerləşən istehsalat müəssisələrindən birində qeydə alınıb. Xəsarət alan şəxs - 1988-ci il təvəllüdlü Hamlet Şiriyev Bakı şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media