Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanlı alim vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycanlı alim vəfat etdi - FOTO

202181

Azərbaycan elminə ağır itki üz verib – tanınmış alim, fizik professor Rafiq Əlövsət oğlu Abdullayev qəflətən vəfat edib.

Bizim.Media xəbər verir ki, Rafiq Abdullayev görkəmli dilşünas alim, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı professor Əlövsət Abdullayevin ailəsində intizamlı, çalışqan, geniş diapazona malik,  mənəviyyatlı bir gənc kimi yetişib.

Bakının öz görkəmli məzunları ilə məşhur olan 7 nömrəli orta məktəbini Qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub, təhsil göstəriciləri yüksək olan istedadlı və perspektivli gənc kimi ikinci kursdan o zamankı Leninqrad Dövlət Universitetinin fizika fakültəsinə göndərilib.

Universiteti bitirdikdən sonra Kiyev Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmiş və apardığı tədqiqat işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.

Müdafiədən sonra o, bir müddət Azərbaycan Elmlər Akademiyasının Tətbiqi Fizika İnstitutunda  baş elmi işçi vəzifələrində çalışıb, daha sonra dövlətin dəstəklədiyi beynəlxalq elmi əməkdaşlıq proqramı çərçivəsində 4 il Madaqasqar Milli Universitetinin fizika fakültəsində fransız dilində mühazirə kursları oxumuş, seminar məşğələləri aparıb.

Müstəqillik illərində o, əvvəlcə Bakı Dövlət Universitetində, sonralarsa qardaş Türkiyənin müxtəlif universitetlərində professor, dekan, prorektor vəzifəsində çalışıb.

Çoxsaylı elmi əsərlərin müəllifidir.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO