Bakıda əməliyyat: Tutulanlar var – FOTO/VİDEO  

Bakıda əməliyyat: Tutulanlar var – FOTO/VİDEO  

Hazırda oxunan: Bakıda əməliyyat: Tutulanlar var – FOTO/VİDEO  

202141

Bakıda əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən tranzit yükdaşıma fəaliyyəti ilə məşğul olan Sahil Cabbarov və əvvəllər məhkum olunmuş Səfadar Ağazadə tutulublar. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, onlardan və S.Cabbarovun idarə etdiyi qoşqulu yük avtomobilindən ümumilikdə 19 litr həcmində 13 kiloqram maye halında olan psixotrop maddə metamfetamin və narkotiklərin dövriyyəsində istifadə edilən 3 ədəd bank kartı aşkarlanıb.

S.Cabbarov və S.Ağazadə izahatlarında metamfetamini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından götürərək maddi qazanc qarşılığında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiklərini bildiriblər. 
Onlar şübhə oyatmamaq üçün metamfetamini maye halına salaraq ölkəyə gətiriblər. Burada isə onu kristal formaya qaytararaq satışını təşkil etməyi planlaşdırıblar. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir. 
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO