Gənc şair Ulucay Akiflə Texnika və Filologiya Elmləri doktoru Elçin İsgəndərzadə arasında qalmaqal yaşanıb.xa0
Belə ki, Uucay Akifin öz facebook hesabında “Sizin üçün Ulucay Akif kimdir”x9d sualına Elçin İsgəndərzadə “Ədəbaz, özündən çox Akif Səmədə söykənən və heç bir vaxt Akif Səməd olmayacaq birisi”x9d deyə cavab yazıb.xa0
Bu cavab Ulucay Akifi hiddətləndirib və onların söz savaşına girməsinə səbəb olub:
"Atamla yaşıddır, ya da belə deyək, bəlkə də mən onun oğlundan da kiçiyəm, amma bu filologiya elmləri doktoru mənim statusuma belə şərh yazmağı özünə sığışdırır.
Hər kimdirsə, bu yazdığı şərh məni çox üzdü. Çünki mən heç vaxt, heç bir yerdə atamın adından istifadə etməmişəm, hətta çalışmışam atamın adını heç çəkməyim.
Adicə feysbukda belə atam haqqında paylaşım etməməyə çalışmışam ki, heç kim səhv anlamasın. Başa düşürsünüz?
Həmişə öz gücümə, öz şəxsiyyətimə görə hörmət görməyə çalışmışam, amma insanlar dünyasını dəyişmiş atamı belə mənə çox görüblər.
Bəlkə də bu Elçin İsgəndərzadə indi öz övladlarına şərait qurmaq üçün etmədiyi şey qalmayıb. Bəlkə də oğluna hansısa xarici ölkədən saxta diplom alıb sonra dostunun yanında işə düzəldib, övladlarına ev ala bilmək üçün yataqlanmadığı adam qalmayıb, amma mənə belə iyrənc sözlər deyir.
Hələ utanmır sonda özünü "əmi" də adlandırır. Yox, Elçin "əmi", mən heç vaxt mənə ölüsünü belə çox gördüyünüz atamın adından istifadə etməmişəm, nə də Akif Səməd olmaq fikrim yoxdur.
Sadəcə siz və sizin kimi özünü Akif Səmədi sevirmiş kimi göstərən, özünü Akif Səmədin dostu kimi qələmə verənlər Akif Səmədin oğlunun onun adına sığınmadan uğur qazanmasını həzm edə bilmirsiniz..."
xa0Qeyd edək ki, Ulucay Akif adı ilə tanınan gənc şair Azərbaycanın görkəmli şairi Akif Səmədin oğludur.xa0
































































































