Qusarda taxıl biçini davam edir - FOTO/VİDEO

Qusarda taxıl biçini davam edir - FOTO/VİDEO

Hazırda oxunan: Qusarda taxıl biçini davam edir - FOTO/VİDEO

202102

Rayonda mövcud olan 23121 hektar ümumi taxıl sahəsindən indiyədək 46 faizi biçilib. Əlverişli hava şəraitindən istifadə edilərək biçin maksimum sürətlə aparılır. Bu barədə açıqlamanı

Bizim.Media-ya Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov verib. Onun sözlərinə görə, Qusarda 15580 hektar sahədə buğda, 7541 hektar sahədə arpa yetişdirilib.

Qurum rəsmisi taxıl biçininə ümumilikdə 80 kombayn cəlb olunduğunu deyir. Onlardan 34-ü Aqroservis"-in digər rayon şöbələrindən, 8-i qurumun rayon şöbəsindən, qalanları isə Qusarın və digər rayonların fiziki şəxslərinə məxsus texnikalardır.

İyul ayının 2-dən ölkədə dizel yanacağının qiymətinin  qalxması taxılın biçin qiymətinin də artmasına səbəb olub.

Həmin vaxtacan buğdanın hektarı 50 manata biçilirdisə, bahalaşmadan sonra qiymət 55 manata qalxıb. Bunu həm Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi də, yerli fermerlər də təsdiqləyir.
 















Aytəkin Alxaslı,Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO