Ali məktəblərə builki keçid balları necə olacaq? - DİM-dən AÇIQLAMA 

Ali məktəblərə builki keçid balları necə olacaq? - DİM-dən AÇIQLAMA 

Hazırda oxunan: Ali məktəblərə builki keçid balları necə olacaq? - DİM-dən AÇIQLAMA 

202096

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-2025-ci tədris ili üzrə respublikanın ali məktəblərinə qəbul imtahanlarını yekunlaşdırıb. DİM avqust ayında abituriyentlər üçün ixtisas seçimini elan edəcək. 

İxtisas seçimi müsabiqəsinə buraxılacaq abituriyentləri ən çox düşündürən məsələlərdən biri builki keçid ballarının hansı həddə olacağı ilə bağlıdır. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən açıqlamada qeyd edilib ki, builki keçid balları müsabiqə nəticəsində formalaşacaq. 

DİM bildirib ki, abituriyentlər ixtisas seçimi zamanı keçən il formalaşmış keçid ballarından istifadə edə bilərlər. 

“Keçən il formalaşmış keçid balları 2 nömrəli "Abituriyent" jurnalında dərc olunub. Abituriyentlər istiqamət götürmək üçün həmin ballara baxa bilərlər. Ancaq nəzərə almaq lazımdır ki, həmin ballar dəyişə də bilər.
Çünki keçid balları müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olunan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır”, - deyə DİM-dən bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO