Elektromobillər populyarlıq qazandıqca bu avtomobillərin üstünlükləri daha çox önə çıxarılır. Amma istənilən avtomobilin zəif və mənfi cəhətləri də var. Təsadüfi deyil ki, elektromobillərin isti və soyuq havaya xüsusi həssaslığı haqda şok faktlar sadalanır. Hətta deyirlər ki, bu avtomobillər yağışlı havada şimşəyə qarşı çox həssas olur.
Məslələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında bildirdi ki, istənilən avtomobil layihələndirilən zaman onun təbiət hadisələrinə qarşılıqlı reaksiyası diqqətlə öyrənilir və nəzərə alınır:
MÖVZU İLƏ BAĞLI:
Elektromobil almaq istəyənlər üçün MÜHÜM AÇIQLAMA
“Xüsusən də avtomobillərdə ildırıma qarşı qoruyucu təbəqə var. Bu qoruyucu təbəqə avtomobilləri ildırımdan mühafizə edir. Hələ sovetlər vaxtı avtomobillərin ildırımdan qorunması üçün xüsusi texnologiya vardı. Belə ki, avtomobilin alt hissəsində xüsusi qurğu quraşdırılmışdı.
Avtomobilin üzərinə düşən ildırım həmin qurğu vasitəsi ilə yerə ötürülürdü. Müasir avtomobillərdə də bu məqsədlə yeni texnologiyalar tətbiq edilir və avtomobil ildırımdan sığortalanır. Qeyd edim ki, müasir avtomobilləri ildırımdan qoruyan əsas qurğu şinlərdir. Bu şinlər ildırımın təsir imkanlarını neytrallaşdırır. Yəni şinlər ildırımla yer arasındakı təması kəsir. Ona görə də istər əvvəlki, nəsil avtomobillərdə, istərsə də elektormobillərdə ildırımvurmadan ölüm faktı qeydə alınmayıb”.
Müsahibimiz onu da əlavə edib ki, avtomobil sürücüsünü və yaxud sərnişini yalnız bir halda ildırım vura bilər:
“Bu da o halda ola bilər ki, avtomobil hərəkətdə olarkən sürücü və yaxud sərnişin telefonla danışsın və yaxud oynasın. Başqa hallarda isə ildırımın avtomobildəki adamlara zərər vurması real deyil. Çünki, müasir elektromobillərdə də ildırıma qarşı xüsusi mühafizə qatı var. Ona görə də naratlığa əsas yoxdur”.
Surxay Atakişiyev, Bizmi.Media