Yeməklərin böyük əksəriyyətinin hazırlanmasında duzdan istifadə edilir. Bədənin əsas ehtiyatlarını ödəməyə xidmət etməklə yanaşı, ölümcül dərəcədə zərər də verə bilən bu nemətdən demək olar ki, hər gün istifadə etməyə məcburuq. Duzu həm də ağ zəhər adlandırırlar.
Ən böyük bəla isə hər gün istifadə olunan duzun keyfiyyətsiz olmasındadır. Keyfiyyətsiz duz deyərkən, ilk olaraq ağıla yodlaşdırılmamış duz gəlir. Bu isə insanda müxtəlif xəstəliklərə, hətta xərçəngə yol açır.
Azərbaycanda istehsal olunan duzların keyfiyyəti necədir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, ölkənin əmtəə bazarında qanunla qadağan olunmuş, 15% yodsuz duzlar satılır:
“2001-ci ildə yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında qanun qəbul olundu. Qanunun 8.3-cü maddəsinə görə, ölkədə yodsuz duzun satışı qadağan edildi. Bakının Masazır qəsəbəsində, Şəkidə, Qaradağda, Neftçala ətrafında duz gölləri mövcud idi. Bu göllərdən duz çıxarılır, bütün Azərbaycana yayılırdı və ölkədə çox ciddi problemlər yaşanırdı. O vaxtlar yod çatışmazlığı xəstəlikləri əhalinin 75 faizini əhatə edirdi”.
Yodlaşdırılmamış duz hansı fəsadlara yol açır?
Eyyub Hüseynov vurğulayıb ki, yunan alimləri tədqiqat apardı, bu, boy balacalığı, yaddaşın, intellektin, əmək qabiliyyətinin itməsi, ölü uşaq doğulmasi kimi ciddi fəsadlara yol açır:
“Buna görə də qərar verildi ki, Azərbaycanda yodsuz duz satılmasın. Məsələ qaldırıldı ki, Naxçıvan Duz Zavodu istismar olunsun və duz orda yodlaşdırılıb Bakıya gətirilsin. Lakin biz etiraz etdik ki, bu, həll yolu deyil. Problemi həll etmək üçün duz gölləri istismar olunmalıdır. Ona görə də Masazırdakı duz gölü istismar edildi və daha sonra bu bölgədə ən böyük duzu yodlaşdıran zavod tikildi.
Bazarda satılan duzlar Azərbaycanda istehsal olunur?
Bununla belə, Azərbaycana bir çox ölkələrdən duz gətirilir. Onu da qeyd edim ki, 7 ildir Ukraynadan bizə duz gətirilməsə də, Ukrayna etiketi ilə Azərbaycanda duz satılır. Bu, ya İrandan gətirilir, ya da Azərbaycanda istehsal olunur. Masazır Duz Zavodunda istehsal olunan duz xarici ölkələrə, o cümlədən, Ukraynaya da ixrac olunur. Bununla belə, ölkənin əmtəə bazarında qanunla qadağan olunmuş, 15% yodsuz duzlar satılır”.
Ölkədə 1 kq-ı 19 manat olan və 40 qəpik olan duzlar satılır
Maraqlıdır, hər ikisinin tərkibi natrium xlordursa, niyə qiymətdə bu qədər fərq var?
Eyyub Hüseynovun sözlərinə görə əhali aldadılır ki, guya duzlar Altay dağlarından zənginləşdirilərək gətirilir:
“Ən təhlükəlisi isə Salyanda, Qaradağda, Şəkidə yerləşən göllərdən yığılan və zavod emalından keçməmiş duzlardır. Çox təəssüflər olsun ki, əhali bu ağır metallarla zəngin olan duzlardan istifadə edir. Lakin Masazır duz gölünün duzu kifayət qədər təmizlənir. Əhalinin bir çoxu daş duza üstünlük verir. Daş, qaya duzları heç də minerallarla zəngin deyil. Lakin bu ad altında da duzun satışı baş verir”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:20 / 15.07.2024
Gündəlik istifadə etdiyimiz “Ağ zəhər” – Ukrayna adı ilə satılan saxta duzlara niyə NƏZARƏT yoxdur?
Hazırda oxunan: Gündəlik istifadə etdiyimiz “Ağ zəhər” – Ukrayna adı ilə satılan saxta duzlara niyə NƏZARƏT yoxdur?
Hazırda oxunan: Gündəlik istifadə etdiyimiz “Ağ zəhər” – Ukrayna adı ilə satılan saxta duzlara niyə NƏZARƏT yoxdur?
202081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.