Edillidə qalıqları tapılan şəhidin 40 mərasimi keçirildi - FOTO

Edillidə qalıqları tapılan şəhidin 40 mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Edillidə qalıqları tapılan şəhidin 40 mərasimi keçirildi - FOTO

202007

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən, 04.06.2024-cü il tarixində dəfn olunan şəhidi Məhəmmədov Abış Əsgər oğlunun Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə 14.07.2024-cü il tarixində 40 mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Məhəmmədov Abış Əsgər oğlu 1974-ci il martın 3-də anadan olub.

O, 30 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.

Qeyd edək ki, şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqda tapılıb.

Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Məhəmmədov Abış Əsgər oğlu məxsus olduğu təsdiqlənib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO