Uzaqdan təhsilin yaxın problemləri

Uzaqdan təhsilin yaxın problemləri

Hazırda oxunan: Uzaqdan təhsilin yaxın problemləri

2020

Noyabrın 2-dən distant tədrisə start verildi. İlk gündən problemlər də özünü göstərdi. Əsas məsələ internetin zəifliyi, texnoloji çatışmazlıqlar oldu.

Məktəblilər arasında apardığımız sorğularda şagirdlərin yarıdan çoxu bu səbəbdən tədrisə qoşula bilmədiklərini deyir. İstifadəçi kodunu unudanlar da az deyil.

Təhsil Nazirliyindən bildirilir ki, “Virtual məktəb” layihəsi ilə bağlı  146 "Qaynar xətt" xidməti fəaliyyət göstərir. “Virtual məktəb” adlı tətbiqetməni yükləyərək istifadə etmək mümkündür.

Təhsil eksperti Kamran Əsədov isə Bizim.Media-ya müsahibəsində bildirib ki, onlayn dərslərin normal keçirilməsi üçün öz milli proqramımız olmalıdır: “Hər tədris müəssisəsinin özünün elektron məktəbi, elektron universiteti olmalıdır ki, hər hansı internet məhdudiyyətindən asılı olmayaraq həmin portallarda dərs keçirilsin”.

Məlumdur ki, Azərbaycanda iki və daha çox övladı təhsil alan ailələr var. Onlayn dərslər zamanı imkansız ailənin uşaqları tədrisdən kənarda qalır.

Buna münasibət bildirən ekspert qeyd edir ki, dünyanın bir çox ölkələrində şagirdlər, tələbələr, müəllimlər dövlət tərəfindən  kompüterlə, planşetlə, həm də internetlə təmin olunur. Azərbaycanda buna 2 milyon manat vəsait kifayət edər:

“Hər bir şagirdin UTİS (Ümumi Təhsil İnformasiya Sistemi) kodu vasitəsi ilə müvafiq mobil nömrəyə SMS göndərməklə həmin cihaz ay ərzində pulsuz, yaxud güzəştli internet tarifi paketiylə təmin oluna bilər”.

Teledərslərin keyfiyyətinin və müddətinin artırılmasını tövsiyə edən  ekspert deyir ki, hər bir telekanala bir sinif verməklə hər gün 3 saatlıq dərs keçilməsi səmərəli olar. Kamran Əsədov “Dərsliklər də şagirdlərin sərbəst oxuyub anlaya biləcəyi asan tərzdə yazılmalıdır”- deyə əlavə edib.

Ekspert tövsiyə edir ki, distant təhsil haqqında qanun qəbul edilməli və bunun hüquqi bazası təşkil olunmalıdır: “2021-ci ildə keçiriləcək buraxılış imtahanlarından imtina etməliyik. Öyrətmədiklərimizlə uşaqları imtahan etməməliyik”.

Təranə Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO