Bakıda uşaq bağçasındakı hadisə ilə bağlı cinayət işi açıldı – VİDEO  

Bakıda uşaq bağçasındakı hadisə ilə bağlı cinayət işi açıldı – VİDEO  

Hazırda oxunan: Bakıda uşaq bağçasındakı hadisə ilə bağlı cinayət işi açıldı – VİDEO  

201841

Bakının Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov Bizim.Media-ya bildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Bağçada azyaşlını təhqir edən tərbiyəçi işdən ÇIXARILDI - VİDEO


"Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. 

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək", - A.Qafarov deyib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO