Nazirlikdən restoran sahiblərinə ÇAĞIRIŞ 

Nazirlikdən restoran sahiblərinə ÇAĞIRIŞ 

Hazırda oxunan: Nazirlikdən restoran sahiblərinə ÇAĞIRIŞ 

201823

“Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Məhərrəm ayında toyların olmaması fürsətindən yararlanaraq və bunu bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, filtrləri vaxtında dəyişsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər”. 

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib. 

O qeyd edib ki, bir sıra restoran və ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, təəssüf ki, onlara vaxtaşırı xidmət göstərilmir, filtrləri vaxtında dəyişdirilmir və nəticədə  havaya normadan artıq tullantı atılır:

“Bir daha iaşə obyektlərinin sahiblərindən tələbimiz odur ki, təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu yoxlasınlar". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO