Bakıda daha bir bina SÖKÜLÜR - sakinlər kirayə haqqı və kompensasiyadan narazıdır + VİDEO

Bakıda daha bir bina SÖKÜLÜR - sakinlər kirayə haqqı və kompensasiyadan narazıdır + VİDEO

Hazırda oxunan: Bakıda daha bir bina SÖKÜLÜR - sakinlər kirayə haqqı və kompensasiyadan narazıdır + VİDEO

201818

Bakının Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsində yerləşən qəzalı binanın sökülməsinə başlanıb.

 

Sfera.az-ın məlumatına görə, sökülən binanın yerinə tikiləcək bina istifadəyə verilənədək sakinlərə kirayə qalmaları üçün təklif edilən məbləğ isə narazılıq yaradıb.

 

Bəzi sakinlər isə hər kvadratmetr üçün təklif olunan 1000 manatın da az olduğunu deyirlər.

 

Sabunçu rayon 148 saylı mənzil istismar idarəsinin rəisi İlqar Qasımov "Xəzər Xəbər"ə bildirib ki, rayon ərazisində istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək yerlərində yeni çoxmənzilli binaların tikilməsi istiqamətində işlər aparılır.

 

Rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə deyilib ki, sakinlər çoxmənzilli yaşayış binalarında tam təmirli mənzillərlə təmin ediləcək. Mənzildən imtina edən sakinlərə isə müvafiq kompensasiyalar veriləcək. Hər kvadratmetrə görə müəyyənləşdirilən min manat və kirayə kimi verilən 300 manat məbləğin artırılması isə nəzərdə tutulmayıb.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO