Gənclər və İdman nazirinin vəzifəsini bu şəxs icra edir - FOTO

Gənclər və İdman nazirinin vəzifəsini bu şəxs icra edir - FOTO

Hazırda oxunan: Gənclər və İdman nazirinin vəzifəsini bu şəxs icra edir - FOTO

20180

Gənclər və İdman naziri vəzifəsini hazırda nazir müavini İntiqam Babayev icra edir.

Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

O, bildirib ki, hazırda bu vəzifəni müvəqqəti olaraq İntiqam Babayev yerinə yetirir.

İntiqam Babayev Vaqif oğlu əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb.

1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 2000-ci il Gənclər və İdman nazirinin müavini kimi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO